23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOB dostu vəzifəsi üzrə işə qəbul elan edilib

KOB dostu vəzifəsi üzrə işə qəbul elan edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostu departamentinin Lerik və Ucar KOB dostu vəzifələri üzrə işə qəbul elan edir.

KOB dostu vəzifəsi üzrə əmək funksiyaları:

- fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

- regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

- sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparmaq;

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

- regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

- KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

- səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

- müvafiq tədbir və görüşlərin təşkil olunmasında aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək;

- qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

- ərazi üzrə zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və soğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

- qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərinə riayət etmək;

- departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Namizədə dair tələblər:

- Ali təhsil tələbi: İqtisadiyyat və idarəetmə ixtisas qrupları, hüquqşünaslıq;

- Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı;

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;- Vətəndaşların müraciətlərinə dair qanunvericilik bilikləri olmalı;

- Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və dəstəkləri haqqında məlumatlı olmalı.

Şərtlər:

- Tam iş günü, iş qrafiki I-V günlər.

CV-lər (yalnız Azərbaycan dilində) mövzu yerinə “KOB dostu (region adı)” yazılaraq 25.09.2023-ci il tarixinə qədər [email protected] ünvanına göndərilməlidir. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?