20 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət satınalmalarında iştirak edən sahibkarlara verilən arayış elektronlaşdırılıb

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarlara verilən arayış elektronlaşdırılıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Vergi Xidməti ilə birlikdə dövlət satınalmalarında iştirak edən sahibkarlara qeyd olunan arayışın dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə verilməsi üçün inteqrasiyanı yekunlaşdırıb.

01.09.2023-cü il tarixindən etibarən “etender.gov.az” portalında açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçiriləcək və real vaxt rejimində dərhal təqdim olunacaq.

Arayışın elektronlaşdırılması dövlət satınalmalarında iştirak edən sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, təqdim edilən arayışın Qanunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək.

Sahibkarlar arayışın təqdim edilməsinə dair daha ətraflı məlumatı “etender.gov.az” portalının təlimatlar bölməsinə yerləşdirilmiş müvafiq təlimatla tanış olmaqla əldə edə bilərlər.

Qeyd edək ki, dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?