15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan sahibkarlarının Hindistana işgüzar səfəri təşkil ediləcək

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bu ilin noyabr ayında Hindistanda baş tutacaq İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) 2023-2025-ci illər üçün İdarəetmə Komitəsinin seçkilərində iştirak edəcək.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, bu barədə qurumun rəhbəri Yusif Abdullayev Hindistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyətinin Hindistana səfərinin təşkil edilməsi iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsinə və yeni investisiya imkanlarının öyrənilməsinə xidmət edəcək.

Öz növbəsində səfir Hindistanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmasını qeyd edərək, qarşılıqlı iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. O, qeyri-neft ticarəti, investisiyalar, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrindəki əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib.

Turizm sektoru haqqında bəhs edən səfir S. Madhusudhanan Azərbaycana səfər edən hindistanlı turistlərin sayının artdığını diqqətə çatdırıb, bu tendensiyanın sahibkar olan turistlərin Azərbaycandakı biznes təşəbbüslərinə cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?