15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tatarıstan iş adamları Azərbaycanın sənaye zonalarına cəlb edilir

Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini German Lerner, “Ximqrad” SC-nin baş direktoru Ayrat Qizzatullin və bu ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən 15-ə yaxın şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) “vergiler.az”a verilən məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı keçirilib.

Bildirilib ki, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstanla səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan “KamAZ”ın Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə “Avto Lizinq Azərbaycan” MMC adlı birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.

Görüşdə iştirak edən şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.

Sonda sənaye parklarına sərmayə yatırılmasının perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel və Elektrik avadanlıqları zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?