15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avtomobil idxalında elektromobillərin payı artıb

Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 753,3 milyon dollar dəyərində 48,3 min nəqliyyat vasitəsi idxal edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 63,4 faiz, say baxımından 37,5 faiz çoxdur.

İdxal edilən nəqliyyat vasitələrinin 15,15 faizini hibrid, 2,32 faizini isə yalnız elektrik mühərrikli nəqliyyat vasitələri təşkil edib. Ötən ilin yanvar-iyun aylarının göstəricilərinə nisbətdə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 2,5 faiz bəndi azalıb, elektromobillərin payı isə 1,9 faiz bəndi artıb.

Ümumilikdə cari ilin ilk altı ayında ölkəyə 159,5 milyon dollar dəyərində 7,3 min hibrid avtomobil idxal olunub ki, bu da 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 2,6 dəfə, say baxımından isə 17,9 faiz çoxdur.

Bununla yanaşı, hesabat dövründə 46,8 milyon dollarlıq 1124 elektromobil idxal olunub. Bu isə ötən ilin yanvar-iyun aylarının göstəricilərini müvafiq olaraq 10 və 7,3 dəfə üstələyir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?