15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gömrük xətti ilə büdcə daxilolmaları 21 faizdən çox artıb

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 075 366 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.

"vergiler.az"ın Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,4 faiz artaraq 768 744,1 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 21,3 faiz artaraq 2 186 168 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk altı ayında daxilolmalar 39,2 faiz artaraq 97 361,5 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 23 092,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 19,5 faiz azdır.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?