15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

Son dövrlərdə çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirən şəxslərin (mənzil-tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər və digərləri) mənzillərdə sayğac quraşdırılmasına görə mülkiyyətçilərdən ödəniş tələb etməsi halları barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayında artım müşahidə edilir.

Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, müraciətlər araşdırılan zaman şikayət və ərizələrdə mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) ilə alıcılar arasında bağlanmış müqavilələrdə qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərin su, elektrik və qaz sayğacları ilə təchiz edilməsi və onların quraşdırılmasına dair ödənişlər barədə tələblərin yer alması müəyyən edilib.

Mövcud qanunvericiliyə əsasən, əhali üçün su, elektrik və qaz sayğaclarının təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilməlidir. Eyni zamanda, təchizatçılar və üçüncü şəxslər tərəfindən sayğacın dəyəri tələb edilə bilməz.

Qeyd olunan fəaliyyəti həyata keçirən vəzifəli şəxslərin əməllərində dələduzluq, vəzifədən sui-istifadə və istehlakçıları aldatma hallarının əlamətləri olduğundan Dövlət Xidmətinə iyun ayı ərzində 15 MTK və 8 MMC barəsində daxil olmuş 29 vətəndaş müraciəti hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?