15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunda irəliləyib

BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusuna əsasən, Azərbaycan mühüm irəliləyiş əldə edərək regionda lider mövqedə qərarlaşıb.

vergiler.az” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, “Kağızsız ticarət” və “İnstitusional mexanizmlər və əməkdaşlıq” kateqoriyalarında nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunub. Bu kateqoriyalar üzrə Azərbaycanın indeksi müvafiq olaraq 85,2 faizdən 88,9 faizə və 77,8 faizdən 88,9 faizə yüksəlib.

Sorğunun nəticəsinə əsasən, Azərbaycan Qazaxıstan (76,34 faiz), Belarus (72,04 faiz), Ukrayna (60,22 faiz), Özbəkistan (84,95 faiz), Moldova (62,37 faiz), Ermənistan (75,27 faiz) və digər dövlətləri qabaqlayaraq, region ölkələri arasında lider olub. Bundan əlavə, Azərbaycan bir sıra Avropa ölkələrini, o cümlədən Finlandiya (87,10 faiz), Fransa (79,57 faiz), İtaliya (84,95 faiz), Latviya (75,27 faiz), Litva (81,72 faiz), Portuqaliya (84,95 faiz) və Norveçi (84,95 faiz) də üstələyib.

Hesabat dünyanın 160-dan çox ölkəsini və Ümumdünya Ticarət Təşkilatının Ticarətin Asanlaşdırılması Sazişi (TFA) ilə bağlı 60 tədbiri, eləcə də kağızsız və ya elektron ticarət sahəsində Asiya-Sakit Okean regionunda Transsərhəd Kağızsız Ticarət Prosedurlarının Asanlaşdırılması üzrə Çərçivə Sazişi kimi qabaqcıl regional və qlobal təşəbbüsləri əhatə edir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?