15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Efiopiya ilə iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Efiopiyanın xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa Moaç ilə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Sahib Məmmədov ölkəmizdə bu sahədə aparılan uğurlu islahatların müsbət nəticələrini qeyd edib, azad edilmiş ərazilərimizin yenidən qurulması və iqtisadi reinteqrasiyası ilə bağlı görülən işlərin ümumi iqtisadi inkişafa töhfə verdiyini bildirib.

Mesqanu Arqa Moaç Efiopiyanın Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, Azərbaycanın iqtisadi islahatlar təcrübəsinin tətbiqinə maraq göstərdiyini diqqətə çatdırıb, əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılması, o cümlədən ticarət və investisiya üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsi, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.

Görüşdə Efiopiya ilə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı perspekivləri, iqtisadi əməkdaşlığın inkişafı istiqamətində atılmalı olan addımlar müzakirə edilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?