15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda 765 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb

Bu ilin iyun ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 765 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 534 texniki sənəd hazırlanıb.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 37 daşınmaz əmlak obyektinə ünvan verilib. Məhdudiyyət və yüklülüyə dair 242 arayış vətəndaşlara təqdim edilib, elektron informasiya sistemi vasitəsilə 677 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat notariat ofislərinə göndərilib.

Ötən ay ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 870 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 3 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?