15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermer və təsərrüfatlara 1,2 milyon manat sığorta ödənişi həyata keçirilib

Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu (ASF) tərəfindən sığorta hadisələri üzrə fermer və təsərrüfatlara təqribən 1,2 milyon manat sığorta ödənişi həyata keçirilib.

vergiler.az” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, fermer təsərrüfatlarına 2022-ci ildə ödənilən ümumi məbləğin təqribən 50 faizini təşkil edir. Ötən il Fond tərəfindən sığorta hadisələri üzrə fermerlərə ümumilikdə 2,4 milyon manat vəsait ödənilib.

Bildirilir ki, son günlər havaların kəskin dəyişməsi, gur yağışlar, dolu yağması və baş verən sel-daşqınlar nəticəsində fermerlərin ASF-yə müraciətləri rekord həddə çatıb. İlin əvvəlindən indiyədək sel-subasma və leysan halları ilə əlaqədar sığorta hadisələri üzrə Fonda 1000-dən çox müraciət daxil olub.

Müraciətlərin yarıdan çoxu may-iyun aylarında qeydə alınıb. Sığorta hadisələri ilə bağlı müraciətlərin böyük hissəsi əkin sahələrinə dəyən zərərlər üzrədir.

Leysan yağışları və sel-subasma ilə bağlı ən çox müraciət Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən və Qarabağ bölgələrindən daxil olub. Müraciətlərin araşdırılması üçün müstəqil aqrar sığorta ekspertləri ərazilərə ezam ediliblər. Ekspertlər yerlərdə hadisələri qeydə alır, araşdırır, dəyən zərərin məbləğini ilkin olaraq müəyyən edirlər. Zərərin məbləği dəqiqləşdirildikdən sonra sığortalı təsərrüfatlara ödənişlər həyata keçirilir.

Qeyd edək ki, aqrar sahəyə və fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?