17 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız ödənişlərin yaratdığı üstünlüklər...

Ticarət və xidmət mərkəzlərində, mağazalarda POS-terminalların işlək vəziyyətdə olması Mərkəzi Bankın nəzarətindədir.

Bunu “vergiler.az”a Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı və nəzarət şöbəsinin rəisi Ramil Mahmudov deyib. Onun sözlərinə görə, POS-terminallarla bağlı məlumatlar mütəmadi olaraq banklar vasitəsilə toplanır və təhlil olunur.

“Müşahidələrimiz göstərir ki, bəzi mağazalarda ödənişlərin POS-terminal vasitəsilə qəbul edilməsindən imtina olunur. Bu məsələ qanunvericiliklə nəzarətdədir. Həm Vergi Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində bu cür hallara qarşı müvafiq inzibati tədbirlər müəyyən olunub. Biz birbaşa təsərrüfat subyektinə təsir etməsək də, banklar vasitəsilə mütəmadi olaraq işlək POS-terminaların məlumatlarını toplayırıq”, - R.Mahmudov bildirib.

Sonuncu monitorinq zamanı banklardan POS-terminalların işləməmə səbəbinin izah olunması ilə bağlı məlumatlar toplanıb: “Məlumatlardan belə anlaşılır ki, sahibkarlar POS-terminallardan müxtəlif səbəblərdən imtina edirlər. Onlar daha çox vergidən yayınmaq üçün nağd pul ödənişlərində maraqlıdırlar. Ancaq bu məsələ Dövlət Vergi Xidmətinin, eyni zamanda Mərkəzi Bankın diqqət mərkəzindədir”.
R.Mahmudov bildirib ki, “ƏDV geri al” layihəsi çərçivəsində bu ildən nağdsız ödənişlərə görə geri qaytarılan məbləğlərin artırılması ticarət mərkəzlərində POS-terminallara tələbatı artırıb: “Son trendlər və statistika göstərir ki, “ƏDV geri al” layihəsində nağdsız ödənişlərə görə ƏDV-nin geri qaytarılan hissəsinin 17,5%-ə yüksəldilməsi əhalidə ödənişləri kartla etməyə marağı xeyli artırıb. Çünki indi həm ƏDV-nin geri qayıdan hissəsi daha yüksəkdir, həm də kart ödənişi daha təhlükəsizdir. Həmçinin, kredit kartlardan istifadə imkanları da mövcuddur”.

R.Mahmudov təsərrüfat subyektlərində POS-terminalların işlək vəziyyətdə saxlanılması üçün qanunvericilik çərçivəsində tədbirlər həyata keçirildiyini vurğulayaraq bildirib ki, bankların tətbiq etdiyi nağdlaşdırma komissiyalarının artırılması əhalini nağdsız ödənişlərə sövq etmək məqsədi daşıyır: “Gündəlik xərclərin böyük hissəsində nağdsız ödənişə üstünlük vermək mümkündür. Bu həm təhlükəsiz və rahatdır, həm də əlavə xərclər yaratmır”.

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri