11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB-lar üçün e-ticarətə dair təlimlər keçirilir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada kiçik və orta bizneslər (KOB) üçün altı günlük (hər gün üç saat olmaqla) onlayn elektron ticarət təlimləri keçirir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, layihə Avropa İttifaqı və AYİB tərəfindən birgə maliyyələşdirilir.

Təlimin məqsədi sahibkarların sərhədlərarası elektron ticarət əməliyyatları ilə bağlı bilik və bacarıqlarını artırmaqdır. Təlim məhsullarını Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Yaxın Şərq və s. kimi qlobal bazarlara satmaq istəyən kiçik və orta sahibkarlıq subyektləri üçün keçirilir.

Təlim “Lenta Coniwi Enterprise Danismanlik A.S.” tərəfindən AYİB-in Kiçik Bizneslər üzrə Maliyyə və İnkişaf Qrupu ilə sıx əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Tədbir iştirakçıları aşağıdakı sahələrdə məlumatlandırılacaq:

  • E-ixrac və onlayn bazarlarda satış tələbləri haqqında əsas biliklər

  • Hədəf bazarları, rəqiblər, gəlirliliyi təhlil etmək və maliyyə planı hazırlamaq

  • Əlavə Dəyər Vergisinin (ƏDV) qeydiyyatı prosesi haqqında məlumat

  • Onlayn ödəniş sistemləri üzrə biliklər

  • Xaricdə şirkətlərin yaradılması proseslərində təcrübə qazanmaq, üstünlüklər və müqayisələr

  • Seçilmiş bazar yerləri üçün məhsul portfelini hazırlamaq və müvafiq fotoşəkilləri seçmək

Təlim haqqında ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz: https://lentaenterprise.com/lp/

Tədbirdə iştirak ödənişsizdir.

Tarix: 20-22 iyun və 4-6 iyul 2023-cü il

Saat: 15:00-18:00

Platforma: ZOOM

Dil: Təlim ingilis dilində keçiriləcək.

Təlimdə iştirak etmək üçün bu linkdən istifadə edərək qeydiyyatdan keçmək lazımdır: https://lentaenterprise.typeform.com/LENTA-EBRD

Qeydiyyatdan keçmiş iştirakçılara tədbirə qoşulmaq üçün Zoom linki olan avtomatik elektron cavab göndəriləcək.

Qeydiyyat üçün son tarix: 19 iyun 2023-cü il

Əlavə suallar yarandıqda, [email protected] e-poçt ünvanı və ya (+994) 50 376 58 14 nömrəsi ilə əlaqə saxlamaq olar.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?