19 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Rübabə Mürşüdova: “Dövlət hər zaman sahibkarın dayağı olub”

Hazırda Azərbaycanda 250 mindən çox sahibkar qadın qeydiyyata alınıb. Onların fəaliyyəti üçün kosmetika, tibb, tekstil, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı kimi sahələr daha səciyyəvidir. “Qranit QP”MMC-nin təsisçisi və direktoru Rübabə Mürşüdova isə qadınlar üçün ənənəvi sayılmayan sahədə uğurlu biznes qurmağa müvəffəq olub.

R.Mürşüdovanın şirkəti dağ-mədən sahəsində qazma-partlayış işləri görür. Özünün də dediyi kimi, şirkət yeni gözəlliklər yaratmaq üçün nələri isə “dağıdır”. Əsas işləri yataqlardan ilkin xammal çıxarmaqdır. Sement zavodları üçün ilkin xammal, gips materialları, filiz təmin edirlər. Bundan əlavə, inşaat meydanlarında, yolların, tunellərin çəkilişində, dağ massivlərində işləyirlər.

R.Mürşüdova bildirib ki, işğaldan azad olunmuş torpaqlarda ilk gündən infrastrukturun yenidən qurulmasında, tunellərin, yolların çəkilişində, daş və çınqıl çıxarılmasında, dəmir yollarının və hava limanının, “Zəfər yolu”nun tikintisində iştirak ediblər. “Fəxr edirəm ki, bizim şirkətin işçiləri Qarabağda ilk gündən çox böyük fədakarlıqla işə başlayıblar. Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın, Ağdam-Füzuli, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının, Horadiz-Ağbənd dəmir yolunun, Cəbrayılda, Hadrutda avtomobil yollarının tikintisində qazma-partlayış işlərini biz həyata keçirmişik”.

R.Mürşüdova qeyd edib ki, dövlət onun fəaliyyətinə hər zaman dəstək verib: “Dövlət hər zaman sahibkarın dayağı olub. İqtisadiyyat Nazirliyinə, onun ayrı-ayrı qurumlarına, xüsusilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bəzi məsələlərin həlli ilə əlaqədar müraciətlərim olub və həmişə müsbət həll olunub. Fəaliyyətimizi genişləndirmək üçün Sahibkarlığın İnkişafı Fondundan güzəştli şərtlərlə 200 min manat kredit almışıq və bu vəsait şirkətin maliyyə dövriyyəsinin artmasına imkan verib”.

2011-ci ildə şirkət fəaliyyətə yeni başlayanda dağ-mədən sahəsində kadrların hazırlanması, yeni iş yerlərinin açılması, xaricdən texnikaların gətirilməsi üçün çox böyük vəsait tələb olunurdu. “Bunun üçün bank kreditlərindən istifadə etmişəm. İndi görürəm ki, illər öncə o vəsaiti dövlətdən almış olsaydım, daha böyük işlər görə bilərdim. Bu illər ərzində həm gömrük, həm vergi, həm də bank sistemində nə qədər yeniliklər olub. Bir sahibkar kimi bu dəyişikliklərə çox sevinirəm.

Əvvəl kredit götürmək üçün girov tələb olunurdu. İndi girovsuz kreditlər verilir, üstəlik, faizlər də aşağıdır. Biz şirkətin adını yüksəltmək üçün çox çətin və uzun bir yoldan keçdik. Dövlətdən aldığımız kredit isə yeni bir işin başlanğıcıdır”…

İlhamə İSABALAYEVA

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri