2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) İstanbul Regional ofisinin Dayanıqlı maliyyə təsiri üzrə meneceri xanım Luciana Aquiar və BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyrosla görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT və onun qurumları ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb, Dayanıqlı İnkişaf Məqsədlərinin icra vəziyyəti, Azərbaycan iqtisadiyyatı, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülmüş işlərlə bağlı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi hazırlanıb və beynəlxalq ictimaiyyətə təqdim edilib. 18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib.

Görüşdə DİM-lərin maliyyələşdirilməsi və bu istiqamətdə qarşıda duran hədəflərə dair fikir mübadiləsi aparılıb.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?