7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağ KOB-ları proqramına start verilib

Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə Qarabağ KOB-ları proqramına başlanılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “Paşa Holdinq”in ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək Qarabağ KOB-ları proqramı çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin arasından müvafiq tələblərə uyğun gələn şəxslər seçilərək təlimlərə cəlb olunacaq.

Onlara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə də cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlar veriləcək.

Ümumilikdə layihəyə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından olan 50 şəhid ailəsi üzvü, qazilər, müharibə iştirakçıları və onların ailə üzvləri cəlb ediləcək.

Layihə çərçivəsində, həmçinin, 50 yeni sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?