2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın Sənaye Klasteri ilə əməkdaşlıq edəcək

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Russia Halal Expo” beynəlxalq sərgisi çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Tatarıstan Respublikasının Sənaye Klasteri arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədə əsasən hər iki ölkənin sahibkarları arasında əməkdaşlıq əlaqələrinin qurulması və sahibkarlıq fəaliyyətinin inkişafının dəstəklənməsi, sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi, biznes səfərlərin təşkili, qarşılıqlı maraq doğuran layihələrin birgə işlənilməsi nəzərdə tutulur.

Memorandum İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev və Tatarıstan Respublikasının Sənaye Klasterinin İdarə Heyətinin sədri Sergey Mayorov tərəfindən imzalanıb.

Qeyd edək ki, “Russia Halal Expo” Sərgisi 14-cü “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edən sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?