14 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2019-cu ildən indiyədək əmək müqavilələrinin sayı 361 mindən çox artıb

2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 361 mindən çox artıb. Bu müddətdə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 313 mindən çox artıb və demək olar ki, dövlət sektorundakı bu göstərici ilə bərabərləşib. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Qanuni əmək münasibətləri üstünlüklər yaradır:

  • Sosial hüquqların təminatı
  • Əmək bazarında şəffaflaşma
  • Məşğulluğun təşviqi", - nazir əlavə edib.