16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gübrələr və əhəng materiallarına aid yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən Avropa standartı əsasında AZS EN 1482-1:2023 “Gübrələr və əhəng materialları - Nümunələrin götürülməsi və nümunənin hazırlanması - 1-ci hissə: Nümunələrin götürülməsi” dövlət standartı qəbul edilib.

Xidmətdən “vergiler.az”a vereilən məlumata görə, bu standart məhsulun daşınması zamanı 1000 kq-a qədər olan paket və qablardan, maye məhsullardan və toplu gübrələrdən fiziki və kimyəvi analiz üçün nümunələr əldə etmək, gübrələrin və əhəng materiallarının nümunə götürmə planlarını və üsullarını müəyyənləşdirir.

Dövlət standartı üçüncü tərəflərə və ya hər biri yerli, milli və ya regional qanunvericiliyə tabe olan gübrə və ya əhəng materialının tərifi, təsnifatı və xassələri, nümunələrin götürülməsi, yoxlanılması, sınaqdan keçirilməsi və onların bazara çıxarılması qaydalarına şamil edilir. Qanunvericiliyin tələb etdiyi yerlərdə nümunələr bu Avropa standartına uyğun olaraq götürülür.

Yeni standart “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 23) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?