23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hərrac yolu ilə 20 dövlət əmlakı özəlləşdirilib

Hərrac yolu ilə 20 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 2-də keçirilən növbəti hərraca müxtəlif obyektlər, o cümlədən nəqliyyat vasitələri çıxarılıb.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, budəfəki hərracda 2 səhmdar cəmiyyətin səhm paketləri, 1 obyekt və 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə hərraclara qatılmaq imkanı alıcıların marağını artırır. Bütün bunlar isə hərracı daha da rəqabətli edir. Mayın 2-də keçirilən hərracda avtomobillərdən birinin qiyməti 3 dəfə çox artıb. Belə ki, start qiyməti 11 000 manat olan “Mercedes Benz Sprinter” markalı avtomobilə ən son təklif 36 000 manat olub.

Hərracda özəlləşdirilən səhmdar cəmiyyətlərinin səhm paketləri “Cəlilabad Məişət” ASC-yə və "Xudat Kəndnəqliyyat" ASC-yə məxsusdur.

Özəlləşdirilən obyekt isə Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən mağazadır. Əmlakın ümumi faydalı sahəsi 108 kvadratmetr, torpaq sahəsi isə 300 kvadratmetrdir. Bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

2 may hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 231 156 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 16 və 23 may tarixlərində keçiriləcək və satışa 57 əmlak çıxarılacaq.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?