21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xudat nəqliyyat-logistika qovşağında fitosanitar nəzarət optimallaşdırılacaq

Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının fasiləsiz tədarükünü təmin etmək üçün Xudat nəqliyyat-logistika qovşağının ərazisində karantin fitosanitar nəzarətinin optimallaşdırılması imkanları araşdırılır.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında keçirilən telefon danışıqlarında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracatında liderlərdən biri olmaqda davam edir. Öz növbəsində Rusiya bu il Azərbaycana diri heyvan, quş əti, kartof, buğda unu və buğda tədarükünü artırıb.

Tərəflər Azərbaycanla ticarətdə maraqlı olan Rusiya şirkətlərində yoxlamaların aparılması prosedurunu müzakirə ediblər.

Bununla yanaşı, müxtəlif heyvandarlıq məhsulları, o cümlədən balıq yemi istehsal edən Azərbaycan müəssisələrinin ixrac imkanlarının genişləndirilməsi məsələsinə toxunulub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?