9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: “2022-ci il ərzində xarici ticarət dövriyyəmiz 55 faizdən çox artıb”

Özəl sektorun uğurlu inkişafı siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlar fonunda yeni nailiyyətlərlə davam etdirilir. Dayanıqlı inkişaf edən Azərbaycanda özəl sektorun güclənməsi sosial-iqtisadi inkişaf strategiyasının daim mərkəzindədir və bu sahədə sistemli işlər həyata keçirilir.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda konfransda bildirib.

M.Cabbarov Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasında müsbət meyillərin getdikcə artdığını vurğulayıb: “2022-ci ildə ÜDM 4,6 faiz artaraq 133,8 milyard manat, qeyri-neft/qaz sektorunda isə 9,1 faiz artaraq 69,8 milyard manat təşkil edib. ÜDM-in tərkibində qeyri-neft/qaz sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb”.

Nazirin sözlərinə görə, 2022-ci il ərzində xarici ticarət dövriyyəmiz 55 faizdən çox artıb və 52,6 milyard ABŞ dolları, ixrac isə 71,8 faiz artaraq 38 milyard dollardan çox olub. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində 2022-ci il ərzində qeyri-neft məhsullarının ixracı 12,3 faiz artaraq 3 milyard dollardan çox olub.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?