15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müqavilə bağlamayan sahibkarlara qarşı sanksiyalar tətbiq edilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin illik hesabatında bildirilir ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi 2018-ci ildə tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 104 monitorinq keçirib və 79 pozuntu halı aşkar edib. Monitorinqlər zamanı 3.990 nəfər yoxlanılıb və onlardan 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı müəyyən olunub. 

Monitorinq olunan işəgötürənlər üzrə qeyri-rəsmi məşğulluq səviyyəsi 23,7 faiz təşkil edib. Müqavilə ilə çalışan 3.044 işçidən 180 nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilib. Səyyar monitorinqlərin keçirilməyə başlanıldığı tarixdən sonra bütün işəgötürənlər üzrə 71 min 461 əmək müqaviləsi imzalanıb ki, bunlardan da 19 min 32-si hazırda qüvvədədir.

Dövlət Agentliyi tərəfindən son bir il ərzində həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər müşahidə edilməkdədir. Monitorinqlər keçirilməyə başlanıldığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin təxminən 45 faizi rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 9 faizə qədər azalıb.

Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan işə cəlbetmə ilə bağlı 84 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Ümumilikdə 69-u hüquqi, 15-i isə fiziki şəxs olmaqla 84 işəgötürəndən 35 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilib. Bu faktlar üzrə 527 min manat həcmində inzibati cərimə tətbiq olunub. Bundan başqa, əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlbetmə ilə bağlı 33 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Baş Prokurorluğa göndərilib. Ümumilikdə 31-i hüquqi, 2-si isə fiziki şəxs olmaqla 33 işəgötürəndən 6 işəgötürən barədə cinayət işinin başlanılmasına dair qərar qəbul edilib. Baş Prokurorluğa göndərilən digər 27 işəgötürən üzrə aşkar edilən əməldə Cinayət Məcəlləsinin müddəalarına görə cinayət məsuliyyətindən azadetmə üçün əsasların olması ilə əlaqədar cinayət işinin başlanılması rədd edilib. Eyni zamanda, bu işəgötürənlər üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış sosial sığorta haqları büdcəyə ödənilib.

Büdcə ödənişlərinin bərpası ilə yanaşı, vergi sanksiyalarının tətbiqi məqsədilə qeyd edilən 27 işəgötürən üzrə materiallar Vergilər Nazirliyinə göndərilib. Nazirlik onlara 468 min manat həcmində vergi sanksiyası tətbiq edib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1 milyon 7 min manat məbləğində cərimə və sanksiya tətbiq olunub.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?