12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qanunvericiliyin tələblərini pozan qurumun sertifikatlaşdırma sahəsindəki akkreditasiyası dayandırılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti akkreditasiya qanunvericiliyinin tələblərinə əməl etməyən uyğunluğu qiymətləndirən qurumlara qarşı nəzarət tədbirlərini davam etdirir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sertifikatlaşdırma fəaliyyəti sahəsində akkreditasiya edilən “Azunisert” MMC Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən ona verilən icazə sənədindən (akkreditasiya attestatından) istifadə edərək qanunvericiliyin tələblərini pozub. Belə ki, “Azunisert” MMC akkreditasiya sahəsindən kənara çıxmaqla, müxtəlif sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları təqdim edib. Qeyd edək ki, bu fakt sahibkarlıq subyektlərinin və istehlakçıların qanunla müəyyən edilən hüquq və mənafelərinin pozulmasına, habelə onların çaşdırılmasına səbəb ola bilər.

Uyğunluq sertifikatlarının ləğvi barədə müvafiq göstərişlərə baxmayaraq, “Azunisert” MMC Dövlət Xidmətinin yazılı göstərişlərini yerinə yetirməyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Xidməti tərəfindən “Azunisert” MMC barəsində ayrı-ayrı qanun pozuntuları üzrə inzibati xəta haqqında protokollar tərtib edilib və aidiyyəti üzrə baxılması üçün məhkəmə orqanlarına göndərilib. Məhkəmə Dövlət Xidmətinin hərəkətlərini qanuni hesab edib və “Azunisert” MMC hüquqi şəxs qismində inzibati cərimə edilib.

Eyni zamanda, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən aparılan illik qiymətləndirmə çərçivəsində “Azunisert” MMC-nin sertifikatlaşdırma sahəsindəki fəaliyyətinin akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Bununla da, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təqdimatı əsasında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “Azunisert” MMC-nin sertifikatlaşdırma sahəsindəki akkreditasiyasının dayandırılması barədə qərar qəbul edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?