2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident təqaüdü üçün sənəd qəbuluna başlanılıb

Prezident təqaüdü üçün sənəd qəbuluna başlanılıb

Birinci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezident təqaüdünün təyin olunması üçün sənədlərin qəbuluna start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, qaydaya uyğun olaraq, həmin şəxslər Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər və rayon şöbələrinə müraciət etməlidirlər.

Əgər birinci dərəcə əlilliyi olan şəxsin ailə üzvləri müraciət edirsə, o zaman onların qohumluq əlaqəsini təsdiq edən sənəd və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim edilir. Ərizə birinci dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda, notarial qaydada təsdiq olunaraq təqdim edilməlidir.

Birinci dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxs müraciət etdikdə isə patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının (yerli icra hakimiyyətinin qəyyumluq, himayəçilik komissiyası) qərarı və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim edilməlidir.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə təqaüd həmin uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinətinin adına təyin edildiyi şəxslərə ödənilir. Bu zaman heç bir sənəd təqdim edilmir. Çünki təqaüd təyin edilməsi barədə sənədlər həmin uşağa sosial müavinət təyin olunması üçün toplanmış sənədlərin surəti əsasında tərtib edilir.

Ailədə iki və daha artıq birinci dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd birinci dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə təyin edilir və ödənilir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 15 aprel tarixli fərmanına əsasən, birinci dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 2019-cu il aprel ayının 1-dən aylıq 50 manat məbləğində Prezident təqaüdü təsis edilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?