Prezident təqaüdü üçün sənəd qəbuluna başlanılıb

2019.05.29 14:28 (UTC+04:00)

Əgər birinci dərəcə əlilliyi olan şəxsin ailə üzvləri müraciət edirsə, o zaman onların qohumluq əlaqəsini təsdiq edən sənəd və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim edilir. Ərizə birinci dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda, notarial qaydada təsdiq olunaraq təqdim edilməlidir.

Birinci dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxs müraciət etdikdə isə patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının (yerli icra hakimiyyətinin qəyyumluq, himayəçilik komissiyası) qərarı və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim edilməlidir.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə təqaüd həmin uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinətinin adına təyin edildiyi şəxslərə ödənilir. Bu zaman heç bir sənəd təqdim edilmir. Çünki təqaüd təyin edilməsi barədə sənədlər həmin uşağa sosial müavinət təyin olunması üçün toplanmış sənədlərin surəti əsasında tərtib edilir.

Ailədə iki və daha artıq birinci dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd birinci dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə təyin edilir və ödənilir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 15 aprel tarixli fərmanına əsasən, birinci dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 2019-cu il aprel ayının 1-dən aylıq 50 manat məbləğində Prezident təqaüdü təsis edilib.