15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Azər Kərimov: “Dövlətin dəstəyindən çox razıyıq”

Azərbaycanda iqtisadi islahatların uğurla aparılmasında dövlətin sahibkarlara göstərdiyi dəstək mexanizmləri mühüm rol oynayır. Özəl sektorun inkişafı üçün dövlət tərəfindən atılmış addımlar - sahibkarlara güzəştli kreditlərin, stimullaşdırma məqsədilə investisiya təşviqi sənədlərinin verilməsi ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin sayının artmasına, daha böyük investisiya layihələrinin icrasına imkan yaradır.

Azərbaycanda dövlət dəstəyi ilə biznesini genişləndirən sahibkarlardan biri də “A.K.S.” MMC-nin direktoru Azər Kərimovdur.

Dövlətin dəstəyi sayəsində əldə etdiyi nailiyyətlərə görə özünü uğurlu sahibkar sayan A.Kərimovun sözlərinə görə, əvvəlcə plastmas məmulatların istehsalı sexini, daha sonra – 2019-cu ildə isə fəaliyyətini genişləndirərək fabrik yaradıb.

“Paytaxtda istehsal müəssisələri çox olsa da, biz bunu bölgədə - Ağdaşda həyata keçirmişik və regionda bizneslə məşğul olmaqdan çox məmnunuq. Hədəflərimiz böyükdür” deyən A.Kərimov bildirib ki, regionda müasir avadanlıqlarla təchiz olunan rezin və plastmas məmulatların istehsalı (PVC profilinin istehsalı layihəsi) fabrikini Prezident İlham Əliyevin sahibkarlara verdiyi dəstəklər çərçivəsində İqtisadiyyat Nazirliyinin investisiya təşviqi sənədi və Sahibkarlığın İnkişafı Fondunun ayırdığı güzəştli kredit hesabına yaradıb. 600 min manat məbləğində investisiyanın yatırıldığı ilk layihənin reallaşdırılması üçün o, Sahibkarlığın İnkişafı Fondundan 100 min manat güzəştli kredit alıb. 2022-ci ildə isə biznesini inkişaf etdirmək məqsədilə SİF-dən 300 min manat güzəştli kredit alıb. İkinci layihənin icrasına şirkət təxminən 1 milyon manat investisiya yatırıb. Hazırda müəssisə maşın və metal avadanlıqlardan başqa digər metal məmulatları istehsal edir: “Sahibkar olaraq, dövlətdən çox dəstək almışıq. İqtisadiyyat Nazirliyi sahibkarlara dəstəyin təkmilləşdirilməsi işində çox fəal iştirak edir, qeyri-neft sektoruna güclü dəstək verir. Mən bütün sahibkarlar adından deyə bilərəm ki, dövlətin dəstəyindən çox razıyıq”.

Direktorun sözlərinə görə, keçən il 250 min manat dəyərində məhsul istehsal edilərək daxili bazarda satılıb. Müəyyən öhdəlikləri yerinə yetirdikdən sonra istehsallarını genişləndirməyi, eyni zamanda ixraca başlamağı nəzərdə tuturlar. Amma sahibkar bu işlərin sənaye parkının rezidenti olaraq, həyata keçirməyi daha çox arzulayır: “Ağdaşda və ona yaxın ətrafda sənaye parkı yoxdur. İstəyərdim ki, Ağdaşa yaxın ərazidə sənaye parkı olsun və biz də orada fəaliyyət göstərək. Əgər sənaye parkı olsaydı, digər sahibkarlar da ondan faydalanardı. Fəaliyyətimizi genişləndirmək imkanımız çoxdur, bunun üçün potensial bazarlar da mövcuddur”.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?