19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi biliklərinin mənimsənilməsinə orijinal yanaşma yaradan kitab hazırlanıb

Vergitutma kimi ixtisaslaşdırılmış sahədə biliklərin təkmilləşdirilməsi, bu biliklərin mənimsənilməsinin asanlaşdırılması üçün yeni yanaşma maariflənmənin effektiv üsuluna çevrilə bilər. İlk dəfə belə bir yenilik “Azərbaycanda vergitutma: qısa xülasə və praktiki çalışmalar” adlı kitabda yer alıb.

Kitabın müəllifi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin baş dövlət vergi müfəttişi Yunis Quliyev “vergiler.az”a kitab barədə fikirlərini bölüşüb.

Müəllifin sözlərinə görə, kitab ölkənin vergi sistemi barədə ümumi məlumat əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Burada vergi qanunvericiliyi, tətbiq olunan vergi növləri, vergitutmanın formaları, vergi nəzarəti və onun formaları, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirləri barədə məlumatlar aydın və qısaldılmış şəkildə verilib.

Bildirilib ki, kitabda qeyri-adi yanaşma mövcuddur və vergi sahəsində biliklərin mənimsənilməsini asanlaşdırma üsulu kimi sahəvi krossvordlardan istifadə edilib. Y.Quliyevin sözlərinə görə, krossvordlar belə bir spesifik sahə üzrə məlumatları çox rahatlıqla qavramağa şərait yaradır. “Vergitumaya dair məlumatların asan formada mənimsənilməsi məqsədilə kitabda vergilərə aid misal və məsələlər həlli ilə göstərilib, 100-dən çox test sualları və 30-dan artıq vergi krossvordları düzgün cavabları qeyd olunmaqla öz əksini tapıb. Kitabdan vergi predmeti tədris olunan kurslarda məlumatlandırıcı vəsait kimi istifadə oluna bilər”, - deyə Y.Quliyev qeyd edib.

Nəşrlə bu linkdən tanış olmaq olar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?