11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sumqayıt Kimya Sənaye Parkında maqnezium istehsalı həyata keçirilə bilər

Çinin “Ka Shui International Holdings Ltd.” şirkətinin müşaviri, “Dragon Mining Resources Ltd.” şirkətinin direktoru Dano Çanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, qonaqlara ölkədə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib.

Sənaye zonalarının və “Ka Shui International Holdings Ltd.” şirkətinin təqdimatları nümayiş etdirilib.

Görüş çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlərlə əməkdaşlıq əlaqələrinin qurulması, Sənaye Parkının ərazisində “Ka Shui International Holdings Ltd.” şirkəti tərəfindən maqnezium istehsalı layihəsinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə, Sənaye Parkının rezidenti “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti ilə tanış olublar.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?