15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Almaniyada ixtisasartırma kursu keçmək üçün müsabiqə elan edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2023-2024-cü illər üçün 4 mövzu üzrə müsabiqə elan edib.

KOBİA-dan “vergiler.az”a verilən məlumata görə, mövzular “İqtisadi kooperasiya”, “Sənaye 4.0”, “Yaşıl iqtisadiyyat” və “Ağıllı kənd təsərrüfatı” sahələrini əhatə edir.

İngilis dilində tərtib olunan Proqramın strukturuna 6 həftəlik onlayn təlim, 2 həftəlik Almaniyada təcrübə, 5 aylıq praktiki icra mərhələsi və 2 günlük şəbəkələşmə tədbiri daxildir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər müraciət formasını, müvafiq icazə məktubunu [email protected] e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərə bilərlər. Əlavə məlumatı qeyd edilən linklərdən əldə etmək olar (https://bit.ly/3JT0TXf, https://bit.ly/3ZATFwY, https://bit.ly/3TZ7Zhl)

Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, [email protected].

Qeyd edək ki, proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq KOBİA və GİZ tərəfindən birgə həyata keçirilir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?