19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyində BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Quiros ilə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, Sahib Məmmədov ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair imzalanan Çərçivə Sənədinin icrası ölkəmizdə aparılan islahatlarda, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında, habelə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində reallaşdırılan layihələr dayanıqlı inkişafa nail olunmasında önəm kəsb edir.

BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Quiros ölkəmizlə faydalı əməkdaşlığı vurğulayıb, əlaqələrin inkişafı üçün qurumun səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri barədə müzakirə aparılıb.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?