15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan bəzi sahələrdə İspaniya təcrübəsindən yararlana bilər

İspaniya Ticarət Palatasında İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə bu ölkədə fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.

Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərimizdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. "Yaşıl" enerji, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə Azərbaycanın İspaniya təcrübəsindən yararlana biləcəyi və bu istiqamətlərdə əməkdaşlığın yüksək potensiala malik olduğu diqqətə çatdırılıb.

İspaniya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə Azərbaycanın biznes imkanlarına dair təqdimat nümayiş olunub.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?