15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan nümayəndə heyəti İspaniyada müzakirələr aparıb

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti İspaniya Krallığının Madrid şəhərinə səfər edib.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, səfər çərçivəsində İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici Ticarət üzrə Dövlət Katibi xanım Şiana Margarida Mendes Bertolo ilə görüş keçirilib.

Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin potensialı barədə məlumat verən Elnur Əliyev bu imkanların reallaşdırılmasında biznes dairələrinin iştirakı ilə işgüzar görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat verib. İki ölkə arasında qarşılıqlı investisiyaların artırılması, bu istiqamətdə hüquqi tənzimləmənin təmin edilməsi baxımından “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş”in hazırlanmasının önəmi vurğulanıb.

Xanım Şiana Margarida Mendes Bertolo ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?