16 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yazlıq bitkilərin əkin sahəsi artırılıb

Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb və mart ayının 1-nə kimi 54 663,4 hektar sahədə əkin işləri aparılıb.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilə nisbətdə əkin sahəsi 1 257,4 hektar və ya 2,4 faiz artıb.

Fermerlər tərəfindən 8 573,3 hektar sahədə (qarğıdalı istisna olmaqla) dənlilər və dənli paxlalı bitkilər əkilib ki, bu da bir il öncəki göstəricini 18,8 faiz üstələyir.

Bununla yanaşı, 14,7 min hektar sahədə kartof (artım 1,7 faiz), 11,1 min hektar sahədə isə digər tərəvəz (7,1 faiz çox) məhsulları əkilib.

Təsərrüfatlarda yanvar-fevral aylarında 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox tərəvəz məhsulları istehsal edilib.

Yanvar-fevral

2023-cü ilin yanvar-fevral ayları 2022-ci ilin yanvar-fevral aylarına nisbətən, faizlə

2023

2022

Yaz əkininin əvvəlindən əkilib

54 663,4

53 406,0

102,4

Dənlilər və dənli paxlalı bitkilər (qarğıdalısız)

8 573,3

7 218,5

118,8

onlardan:

buğda

1 122,2

1 330,8

84,3

vələmir (yulaf)

4 191,2

3 979,9

105,3

Kartof

14 673,9

14 433,2

101,7

Tərəvəz (toxumluqlarsız və anacsız)

11 058,6

10 326,8

107,1

Bostan bitkiləri

43,2

29,3

147,4

Dən üçün günəbaxan

35,0

4,0

8,8 dəfə

Şəkər çuğunduru (emal üçün)

273,0

-

-

Birillik otlar

331,0

61,0

5,4 dəfə

Çoxillik otlar

19 619,4

21 092,7

93,0

Sair yazlıq bitkilər

55,0

0,5

110,0 dəfə

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri