5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hacıqabul Sənaye Məhəlləsində ilk ixrac

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində istehsal olunan məhsulun ilk dəfə olaraq ixracına başlanılıb. İZİA-dan “vergiler.az”a verilən məlumata görə, Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "Elberg" MMC tərəfindən ilk dəfə olaraq Özbəkistana metal konstruksiya və tikinti materialları avadanlıqları ixrac ediləcək. İxraca dair imzalanmış müqaviləyə əsasən, şirkət Özbəkistana 1,5 milyon ABŞ dolları dəyərində məhsul göndərəcək.

Bundan başqa, "Elberg" MMC tərəfindən Gürcüstan və Mərkəzi Asiya ölkələrinə də ixracla bağlı danışıqlar aparılır.

Qeyd edək ki, "Elberg" MMC Hacıqabul Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və Sənaye Məhəlləsinin ərazisində Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə edilməklə metal konstruksiya və tikinti materialları avadanlıqlarının istehsalı həyata keçirilir. Müəssisəyə indiyədək 3,5 milyon manat investisiya yatırılıb və 40 nəfərdən çox iş yeri yaradılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?