19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ödәniş kartları ilә әmәliyyatlarda nağdsız dövriyyәnin xüsusi çәkisinin 48 faizә çatdırılması hәdәflәnir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə ödәniş kartları ilә aparılan ölkәdaxili әmәliyyatlarda nağdsız dövriyyәnin xüsusi çәkisinin 48%-ә çatdırılmasını hәdәflәyib. “vergiler.az” xəbər verir ki, bu barədə AMB-nin “Rəqəmsal ödənişlər icmalı”nda məlumat verilib. Sənədə əsasən, bu il cari hesablardan aparılan müştәri köçürmәlәrindә elektron bankçılığın xüsusi çәkisi üzrә indikator göstәricisinin 85%-ә, tәmassız ödәnişlәri dәstәklәyәn kartların ümumi bazar payının isə 75%-ә çatdırılması gözlənilir.

Azәrbaycan Mәrkәzi Bankının 2021-2023-cü illәr üçün rәqәmsal ödәniş strategiyası”nın hәdәflәrinә uyğun olaraq, aşağıdakı istiqamәtlәr üzrә tәdbirlәrin icrası davam etdirilәcәk:

1. Rәqәmsal ödәnişlәr üzrә qanunvericiliyin tәkmillәşdirilmәsi vә innovativ hәllәrin tәqdim edilmәsi;

2. Rәqәmsal ödәniş infrastrukturunun әhatә dairәsinin genişlәndirilmәsi;

3. Ödәniş ekosisteminin risk әsaslı tәnzimlәmә vә nәzarәt çәrçivәsinin formalaşdırılması;

4. Rәqәmsal ödәnişlәr üzrә inklüzivliyin artırılması vә mәsafәli bank xidmәtlәrinә universal çıxışın tәmin edilmәsi;

5. Maliyyә savadlığının artırılması, biznes vә әhalinin rәqәmsal ödәniş xidmәtlәrindәn aktiv istifadәyә tәşviq edilmәsi.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?