19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni iş yerləri yaradılıb

Bu ilin birinci rübündə Azərbaycanda 53,9 min yeni iş yeri açılıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövrdə yaradılmış iş yerlərinin 25,4 faizi qeyri-dövlət sektoruna aiddir. Yeni iş yerlərinin 72,9 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 26,7 faizi digər regionların, o cümlədən 7,4 faizi Aran, 6,5 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax, 2,0 faizi Yuxarı Qarabağ, 1,8 faizi Abşeron, 1,8 faizi Şəki-Zaqatala, 1,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 55,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 25,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 19,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 65,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 8,4 faizi tikinti, 7,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,2 faizi emal sənayesi, 1,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi informasiya və rabitə, 1,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1,1 faizi təhsil, 1,1 faizi peşə, elmi və texniki fəaliyyət, 4,3 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2019-cu ilin I rübü ərzində ölkədə 3,4 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 39,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 40,2 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 59,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?