23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiya Azərbaycanın infrastrukturundan istifadə edərək Pakistana qaz ixrac edə bilər

Rusiya Azərbaycanın infrastrukturundan istifadə edərək Pakistana qaz ixrac edə bilər

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Pakistan və Əfqanıstana qaz ixrac etmək imkanlarının nəzərdən keçirildiyini bildirib.

“Pakistan Observer” qəzeti xəbər verir ki, Avropa ilə münasibətləri gərgin vəziyyətdə olan Rusiya yeni bazarlar axtarır və Pakistana qazı Azərbaycan ərazisindən tranzit olaraq ixrac etmək imkanına malikdir. Qəzet yazır ki, bunu Rusiya ilə İran qaz mübadiləsi (svop əməliyyatı) vasitəsilə həyata keçirə bilər.

Rusiya Azərbaycanın qaz infrastrukturundan istifadə edərək İranın cənub bölgəsinə qaz nəqlini reallaşdıra bilər ki, bunun da müqabilində eyni həcmli qazı İran Pakistana ötürər.

İranın neft naziri Cavad Ouci bildirib ki, rəsmi Tehran bu prosesdə iştirak etməklə maliyyə gəliri əldə edə bilər və cənub regionlarının qaz problemini aradan qaldırar.

Qeyd edək ki, Azərbaycan isə qaz ixracından tranzit gəliri əldə etməklə yanaşı, öz qazının tranzit imkanlarını və şaxələndirməsini artırar.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?