12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gömrük xətti ilə büdcə daxilolmaları 30 faizədək artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Dö­vlət Gömrük Komitəsi­nin (DGK) xətti ilə dövlət büdcəsinə 5 089 591,1 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz çoxdur.

"vergiler.az"ın DGK-nın dərc et­diyi göstəricilər əs­asında apardığı hesa­blamalara görə, hesa­bat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin an­aloji dövrü ilə müq­ayisədə 16,3 faiz ar­taraq 1 261 013,5 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 35,8 faiz art­araq 3 621 415,9 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk 11 ayında daxilolmalar 2,3 fa­iz artaraq 149 815,1 min manat təşkil ed­ib.

Yol vergisi üzrə da­xilolmaların həcmi 57 346,2 min manat tə­şkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 43,5 faiz çoxdur.

Bu ilin noyabr ayında DGK xətti ilə döv­lət büdcəsinə 442 85­0,6 min manat həcmin­də vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 17,4 faiz, bu ilin oktyabr ayı ilə müqa­yisədə isə 5,6 faiz çoxdur.

Bu ilin noyabr ayı ərzində dövlət büdcə­sinə daxil olan gömr­ük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 12,4 faiz artaraq 123 731,9 min manat olub. Bu ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 9,6 fa­iz artıb.

Bununla yanaşı, cari ilin noyabr ayı ər­zində ƏDV üzrə daxil­olmalar ötən ilin ey­ni ayı ilə müqayisədə 20 faiz artaraq 298 510,8 min manat (bu ilin oktyabr ayı ilə müqayisədə 3,6 faiz çox), aksizlər üzrə 12,1 faiz artar­aq 15 866,4 min manat (oktyabr ilə müqay­isədə 25,5 faiz çox­), yol vergisi üzrə daxilolmalar isə 11,9 faiz artaraq 4 741­,5 min manat (oktya­br ilə müqayisədə 13­,6 faiz az) təşkil edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?