11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: Azərbaycanın müasir innovasiya mərkəzinə çevrilməsi top 5 prioritetdən biridir

“İnnovasiya və rəqabətli insan kapitalının yaradılması və ona nail olunması, Azərbaycanın müasir innovasiya mərkəzinə çevrilməsi “Azərbaycan 2030” milli strategiyasının top 5 prioritetindən biridir”.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “İkinci İnnovasiya Sammit”ində çıxışı zamanı bildirib.

Nazir əlavə edib ki, Azərbaycanın innovasiya ənənələri dərin köklərə malikdir, çünki ənənəvi olaraq neft Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rol oynayıb: “Təəccüblü deyil ki, o dövrdə innovasiyaların əksəriyyəti məhz neft sənayesi ilə bağlı idi. 1847-ci ildə Bakıda ilk neft quyusu qazılıb. Neft məhsullarının ilk dəfə kəmər vasitəsilə daşınması Bakıda həyata keçirilib, bu kəmər Azərbaycanda tikilib. İkinci Dünya müharibəsi zamanı böyük azərbaycanlı alim Yusif Məmmədəliyevin innovasiyası faşizm üzərində qələbəyə mühüm töhfə verib və bu siyahı çox uzundur”.

İctimai idarəetmədən və hökumət tərəfindən idarə olunan təşəbbüslərdən söz açan M.Cabbarov bildirib ki, innovasiya ənənələri və innovasiyaları tətbiq etmək istəyi sıçrayışa və davamlı tərəqqiyə nail olmaq üçün kifayət deyil: “Həmişə xatırlamalı olduğumuz məsələ isə insan kapitalının daimi inkişaf etdirilməsidir. Ona görə də iqtisadi inkişafı təhsil və tətbiqi elmlə və digər sahələrlə birgə aparmaq lazımdır”.

Nazirin sözlərinə görə, ikinci məsələ isə səhvə dözümlülük mədəniyyətidir, çünki məhz bu məqam ya iqtisadiyyatı innovasiyaya açıq edir, ya da innovasiyaya qapalı: “Üçüncü isə ekosistem, mədəniyyəti, təhsili, innovativ düşüncə tərzini təşviq edən, ictimai və özəl sektoru bir araya gətirən ekosistem və səhvə dözümlülükdür. Çünki səhvə dözümlülük olmadan heç bir innovasiya və irəliləyiş ola bilməz”.

M.Cabbarov təxminən 3 il əvvəl Dünya İqtisadi Forumu ilə birgə Dördüncü sənaye inqilabı mərkəzinin açıldığını xatırladıb: “Dünya İqtisadi Forumundan aldığımız son mükafat məhz sənayedə innovasiyalarla bağlıdır. Bir sənaye nümayəndəsi üçün “Lighthouse award on innovation” almaq nadir hallardan biridir”.

Nazir ümid etdiyini deyib ki, innovasiya sammiti ideyası daimi ictimai-özəl tərəfdaşlıq innovasiya platformasına çevriləcək: “Beynəlxalq təcrübə bizə arzumuzun gerçəkləşdirilməsinə yardım edəcək”.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?