2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şahım Abdrahmanov: “Transxəzər layihəsi gündəmdən çıxarılmayıb”

Türkmənistan Xəzər vasitəsilə Avropaya qaz kəməri çəkmək niyyətindədir.

vergiler.az” xəbər verir ki, bu barədə “İnterfax”ın Türkmənistan Baş nazirinin müavini, ölkəsinin neft-qaz sənayesinə cavabdeh olan Şahım Abdrahmanovun Əbu-Dabidə keçirilən ADIPEC-2022 konfransı çərçivəsində çıxışına istinadən yaydığı məlumatda bildirilir.

“Transxəzər layihəsi gündəmdən çıxarılmayıb”, - deyən Şahım Abdrahmanov bildirib ki, bu layihə Azərbaycandan keçməklə Gürcüstana və daha sonra Şərqi Avropa ölkələrinə qaz kəmərinin çəkilməsini nəzərdə tutur.

Baş nazirin müavininin sözlərinə görə, Türkmənistanın potensial ehtiyatları 71,2 milyard ton neft ekvivalentindədir ki, bunun da 53 milyard tonu quruda, 18,2 milyard tonu isə dənizdədir. Ölkədə 190-dan çox neft və qaz yatağı aşkar edilib.

Qeyd edək ki, Əbu-Dabidə oktyabrın 31-də işinə başlayan ADIPEC Beynəlxalq Neft Sərgisi və Konfransı noyabrın 3-dək davam edəcək.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?