Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,19 dollar azalaraq 95,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,18 dollar ucuzlaşaraq 87,9 dollar olub.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,05 dollar azalaraq 96,61 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.