15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici mənşəli sənədlər elektron qaydada tanınacaq

Xarici mənşəli sənədlər bilavasitə yerində deyil, elektron mühitdə qəbul edilərək, rəsmi sənəd kimi tanınacaq.

vergiler.az” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə deyib.

Onun sözlərinə görə, hazırda ölkədaxili sənədlərin tərcümə prosesi Elektron Notariat İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

“Növbəti layihəmiz xarici mənşəli sənədlərin elektron mühitdə qəbulu, onların autentifikasiyası və rəsmi sənəd olaraq tanınmasıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna görə, xarici mənşəli sənədlər xarici dildə tərtib olunduğu üçün onların Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqlənməsi tələbi irəli sürülür. Qəbul edilən sənədlərin, notariusa elektron mühit üzərindən göndərməklə, tərcüməsinin elektron qaydada rəsmiləşdirmə imkanının yaradılması nəzərdə tutulur. Bu, daha çevik, daha sürətli xidmətlərin və ən əsası isə yerli investisiyalı sahibkarlıq subyektləri ilə eyni şərtlər əsasında tam elektronlaşmış xidmətlərin təşkilini nəzərdə tutur”, - deyə Leyla Bərxudarzadə qeyd edib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?