19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan dünyada ikinci ən böyük xurma ixracatçısı olub

2021-ci ildə Azərbaycan xurma məhsulunun ixracında Çini geridə qoyub və İspaniyadan sonra dünyanın ikinci ən böyük xurma ixracatçısı olub.

Bu barədə "vergiler.az"a “Azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycandan 125,9 milyon ABŞ dolları dəyərində xurma ixrac olunub.

“Bu göstərici ilə dünya bazarında ixracatdakı payımız 2020-ci ildəki 13%-dən 2021-ci ildə 20%-ə yüksəlib”, - Ayxan Qədəşov qeyd edib.

Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına görə, 2021-ci ildə ölkədən 174158.19 ton xurma ixrac edilib ki, bu da bir il öncəki göstəricini 38,5% üstələyir.

Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov yerli məhsulun əsasən Rusiya və Ukrayna bazarlarına tədarük edildiyini bildirərək qeyd edib ki, bu ölkələrə məhsul ixracının artırılması mövcud vəziyyətin sabitləşməsindən asılı olacaq.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?