4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Türkiyə Körfəzin ərəb ölkələrinin dəmir yolu layihəsində mühüm rol oynaya bilər

Müasir dünyada bir sıra dövlətlər idman diplomatiyası, iqlim diplomatiyası və virtual diplomatiya kimi bir-biri ilə münasibətlərini qurmaq və beynəlxalq imicini yaxşılaşdırmaq istiqamətində qeyri-ənənəvi vasitələrdən istifadə etməyə başlayıb. Bu vasitələrdən biri də kollektiv iqtisadi mənfəət üçün polad relslər şəbəkəsi yaratmaqla, dövlətlər arasında münasibətlərin qurulmasında həlledici vasitə olan dəmir yolu diplomatiyasıdır. Bunun daha bir bariz nümunəsi Körfəz Ərəb Dövlətləri Şurasına (KƏDŞ) üzv dövlətləri - Küveyt, Qətər, BƏƏ, Bəhreyn, Oman və Səudiyyə Ərəbistanını birləşdirməyi nəzərdə tutan dəmir yolu layihəsidir.

İki qardaş ölkə - Azərbaycan və Türkiyənin də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi vasitəsilə həyata keçirdiyi dəmir yolu diplomatiyası bu kontekstdə mühüm rol oynayacaq. Belə ki, BTQ ölkələrimizi KƏDŞ-in dəmir yolu layihəsi ilə birlikdə Çindən Oman sahilinədək birləşdirəcək haba çevirə bilər.

KƏDŞ-in dəmir yolu layihəsi 2001-ci ildə elan edilib və 2009-cu ildə təsdiqlənib. Lakin Yaxın Şərq regionunda qeyri-müəyyənlik və münaqişələr səbəbindən 2021-ci ilədək həyata keçirilməsi mümkün olmayıb. Ötən il KƏDŞ-ə üzv olmayan dövlətlərin də layihəyə daxil edilməsi ilə ərəb dövlətləri liderlərinin Zirvə görüşündə Körfəz ölkələri Dəmir Yolları İdarəsi təsis edilib və bu prosesə start verilib. Artıq Səudiyyə Ərəbistanı, Oman və BƏƏ-ni birləşdirən 15 milyard dollarlıq 2200 kilometr uzunluğunda olan dəmir yolunun birinci mərhələsinin 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Layihənin Küveyt və Bəhreyni birləşdirəcək ikinci mərhələsinin isə 2025-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur.

Nəqliyyat üzrə ekspertlər hesab edirlər ki, bu layihənin aşkar faydalarına baxmayaraq, bir sıra problemlər meydana çıxa bilər və regional maraqların milli maraqlardan üstün olmasını təmin etmək üçün daha sıx əməkdaşlığa ehtiyac duyulur.

Yaxın tarixə nəzər saldıqda, 2010-cu ildə İraq körfəzini Suriya və Türkiyə vasitəsilə Avropaya birləşdirəcək 60 milyard dollarlıq dəmir yolu layihəsi planlaşdırılmışdı. Lakin 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi Bağdadın planlarını pozdu. Bundan sonra Körfəzin ərəb ölkələri bu layihəni yenidən nəzərdən keçirib və bu müzakirələrdə yenidən Türkiyənin əhəmiyyəti gündəmə gəlib.

Qeyd edək ki, Türkiyənin Körfəzin ərəb ölkələri ilə münasibətlərinin normallaşması sayəsində hazırda turizm, biznes və infrastruktur da daxil olmaqla, münasibətlərin sektoral yaxşılaşdırılması ilə bağlı danışıqlar davam edir. Türkiyə-Qətər Biznes Şurasının sədri Başar Arıoğlu ötən ay Körfəz ölkələrini Avropa, Yaxın Şərq və Çinlə birləşdirəcək KƏDŞ dəmir yolu layihəsinin Türkiyəyə çata biləcəyini söyləyib. Beləliklə, Türkiyə, Azərbaycan və KƏDŞ ölkələri Çinin 1 trilyon dollarlıq infrastruktur və investisiya layihəsi olan “Bir kəmər, bir yol” təşəbbüsündə daha fəal iştirak edəcəklər.

Ekspertlər qeyd edirlər ki, rəsmi Bakı və Ankara üçün xarici siyasətdə mühüm amilə çevrilən dəmir yolu diplomatiyası çox vacibdir. Azərbaycan BTQ dəmir yolu ilə yanaşı, İkinci Qarabağ müharibəsində Qələbəsindən sonra Türkiyə ilə quru yolunu təmin edəcək Zəngəzur dəhlizinin açılması istiqamətində səylərini davam etdirir. Bu ilin martında isə Türkiyə, Pakistan və İran İslamabad-Tehran-İstanbul konteyner dəmir yolu əlaqəsini bərpa ediblər. 2017-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan liderlərinin üç ölkəni birləşdirən 826 kilometr uzunluğunda olan dəmir yolu xəttini işə salması və Avropa ilə Çin arasında yük və sərnişin marşrutunun yaradılması daha geniş perspektivlər vəd edir.

Bundan başqa, Türkiyə 2011-ci ildə istifadəyə verilən, qədim İpək yolunun bərpasının tərkib hissəsi olan, həmçinin Çin mallarının konteynerlərdə avropalı istehlakçılara daşındığı Çin-Avropa Dəmir Yolu Ekspressində də mühüm rol oynayır. 2020-ci ilin dekabrında istifadəyə verilən yeni marşrut İstanbulun Marmaray tuneli vasitəsilə Bosfor boğazının altından keçərək Avropaya uzanır. Bu marşrut Türkiyənin dəmir yollarının və digər infrastrukturların tikintisi və təkmilləşdirilməsi ilə daha da çoxşaxəli olub.

Azərbaycan və Türkiyənin KƏDŞ dəmir yolu layihəsinə daxil edilməsi Körfəzin ərəb ölkələri üçün faydalı və regional iqtisadi əməkdaşlığa mühüm töhfə olacaq. Yeni dəmir yolu əlaqələri Körfəz regionunda və hətta ondan kənarda kommersiya və iqtisadi fəaliyyətlərin təşviqində mühüm rol oynaya bilər.

Hazırda Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Bəhreyn və Qətər Avropa ölkələri və Çinlə dəmir yolu əlaqələrinin qurulmasına böyük sərmayələr qoyur. Bu ölkələrin rəsmiləri Azərbaycan və Türkiyənin artıq həyata keçirdiyi BTQ layihəsindən də faydalanmaq niyyətlərini ifadə edirlər.

AZƏRTAC

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması