11 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Raqnar Friş

İqtisadiyyat üzrə Nobel mükafatının ilk iki laureatından biri Raqnar Friş Norveçin paytaxtı Osloda anadan olub.
İrsən zərgər olan ata Anton Friş oğlunu zərgərlik məktəbinə qoymuşdu. 1920-ci ildə gənc Raqnar zərgər şəhadətnaməsi alsa da, anasının təkidilə təhsilini Oslo Universitetinin iqtisadiyyat fakültəsində, sonra isə İngiltərə və Fransada davam etdirir.
1925-ci ildə Osloya dosent kimi qayıdır və 1928-ci ildə doktorluq dissertasiyasını müdafiə edir.
1931-ci ildən Oslo Universitetinin sosial iqtisadiyyat və statistika professoru dərəcəsini alır və Sosial İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyin olunur.
İlk əsərini - "Saf iqtisadi nəzəriyyə problemi"ni ("Sur an probleme d'economic pure") 1926-cı ildə nəşr etdirir və burada ilk dəfə istehlakçı tələbi nəzəriyyəsi ilə bağlı öz versiyasını irəli sürür. R.Friş bu əsərdə elmi mülahizələrini istehlakçı davranışının təhlili üzərində qurub.
1930-cu illərdə makroiqtisadi təhlilin, iqtisadi dinamikanın və iqtisadi sikllərin problemlərini fəal şəkildə araşdırıb.
İkinci Dünya Müharibəsi illərində milliyyətcə yəhudi, eləcə də nasizm əleyhdarı olduğu üçün həbs edilən Raqnar Friş Oslo iqtisadi məktəbin yaradılmasına kifayət qədər güclü təsir göstərib.
1959-cu ildə "Ekonometrica" dərgisində "Çoxsektorlu modeldə bütün birbaşa və çarpaz tələb elastikliklərinin hesablanması üçün tam sxem" adlı əsərini nəşr etdirib. Bu əsərlə o öz metodlarından istifadə edərək həm istehsalçıların, həm də firmaların davranışını nəzərə alan istehsal nəzəriyyəsi üçün yeni yanaşma təklif etmişdi.
Ümumiyyətlə, R.Frişin müasir iqtisadi nəzəriyyənin bir çox aspektlərinin - ümumi iqtisadi tarazlıq və oliqopoliya nəzəriyyəsinin, yaşayış minimumunun və əhalinin optimal indekslərinin hesablanması üsullarının inkişafında əvəzsiz xidmətləri olub.
1969-cu ildə isə “İqtisadi proseslərin təhlili üçün dinamik modellərin işlənib hazırlanması və tətbiqi” əsərinə görə Nobel mükafatına layiq görülüb. Yeri gəlmişkən, R.Friş, eləcə də onun həmkarı Yan Tinbergen iqtisadiyyat üzrə Nobel mükafatının ilk laureatlarıdır. R.Friş xəstə olduğuna görə mükafatlandırma mərasimində iştirak edə bilməyib.
R.Friş həyatı boyu alpinizmə və arıların genetikasının tədqiqinə xüsusi maraq göstərmişdi.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?