Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,62 dollar azalaraq 95,12 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,86 dollar bahalaşaraq 88,73 dollar olub.