9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Digital Expo Center” layihəsi “TEKNOFEST Azərbaycan” Festivalında finala vəsiqə qazanıb

Gənc developer, İqtisadiyyat Nazirliyinin əməkdaşı Ağa Əlislamovun kapitanı olduğu komandanın (üzvlər Anar Nəbiyev və Musa Musayev) “Digital Expo Center” layihəsi (https://digitalexpocenter.com) Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında finala vəsiqə qazanıb.

Layihə festivalda sosialyönümlü texnologiyalar kateqoriyası üzrə təqdim edilib.

“Digital Expo Center” layihəsi müxtəlif sərgilərin rəqəmsal formatda keçirilməsi üçün nəzərdə tutulub. Layihədə tətbiqi nəzərdə tutulan "Unreal Engine 4" müasir oyun mühərriki üzərində hazırlanmış VR texnologiyasıdır. Layihənin əhəmiyyəti barədə məlumat verən Ağa Əlislamov qeyd edib ki, layihənin tətbiqi sayəsində yerli və xarici qonaqlar evdən çıxmadan, mobil telefon və ya kompüter vasitəsilə sərgini ziyarət edə bilərlər. Virtual sərginin binası Baku Expo Centerin modeli əsasında hazırlanıb və bura bir çox virtual stendlər yerləşdirilib. Sərgidə oyun tərtibatçıları, proqram təminatı hazırlayanlar, veb proqramçılar, 3D rəssam və dizaynerlər iştirak edə bilərlər. Virtual sərginin iştirakçıları virtual stendlərində video, slayd şou təqdimatı və 3D obyektlərin animasiyasını nümayiş etdirmək imkanına malikdirlər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?