Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Lodonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,40 dollar azalaraq 112,02 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,44 dollar ucuzlaşaraq 108,85 dollar olub.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,08 dollar artaraq 122,70 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.