19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Lənkəranda KOB Fest sərgi-satış yarmarkası keçirilib

Mayın 22-də Lənkəran şəhərində KOB Fest sərgi-satış yarmarkası təşkil olunub.

Heydər Əliyev Parkında keçirilmiş “KOB Fest”də 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib. Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və s. rayonlardan olan sahibkarlar tərəfindən yarmarkada yerli istehsal olan çay, düyü, sitrus meyvələri, mebel, müxtəlif qida məhsulları, hədiyyəlik əşyalar, əl işləri, bank, təhsil və tibb xidmətləri nümayiş olunub. Bununla yanaşı, cənub bölgəsinə aid milli mətbəx yerli turizm müsissələri tərəfindən sərgi iştirakçılarına təqdim edilib. Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub.

Yarmarka Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilib.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilmiş KOB Fest sərgi-satış yarmarkası sayca dördüncüdür. Bundan əvvəl “KOB Fest” Bakı və Gəncə şəhərlərində, Şəmkir rayonunda təşkil edilib. “KOB Fest”in iyun və iyul aylarında Sumqayıt və Şəki şəhərlərində, eləcə də Quba rayonunda keçirilməsi planlaşdırılır.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?